GL-in “Taghiyev Operating Company” əməliyyat şirkətində 2023-cü il üzrə nəzərdə tutulmuş fəaliyyət planı çərçivəsində Qazma xidmətlərinin təmin edilməsi üçün elan edilmiş açıq tenderdə SOCAR-AQŞ və SOCAR-ın Kompleks Qazma İşləri Tresti qalib elan olunub.
FED.az xəbər verir ki, tender yerli və beynəlxalq şirkətlərə təkliflərini etmələri üçün bərabər imkanlar təqdim edən forumda və kütləvi informasiya vasitələrində elan edilmişdir.
Qeyd edək ki, 14 dekabr 2021-ci il tarixində GL International LTD ilə SOCAR arasında “Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar” Risk Xidmət Sazişi imzalanıb.
Sazişə əsasən, hazırda yataqların bərpası və işlənməsini GL-in “Taghiyev Operating Company” əməliyyat şirkəti həyata keçirir.