“FruitGarden” MMC sitrus bağlarının salınması layihəsinin reallaşdırılması üçün investor axtarır. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Eləcə də bax: Azərbaycanda keçirilən dövlət tenderlərinin – SAYI AÇIQLANDI
FED.az xəbər verir ki, “FruitGarden” Lənkəran rayonunda sitrus ağacları bağlarnın salınması ilə əlaqədar biznes plan hazırlayıb. Layihə $6,296 milyon həcmində qiymətləndirilir. Layihənin tam həcmdə maliyyələşdirilməsi üçün şirkət investor cəlb etməyi planlaşdırır”, - hökumətdən qeyd olunur.
“FruitGarden” layihənin iki il ərzində reallaşdırılmasına ümid edir və layihənin xərcinin çıxarılması müddətini də iki il qiymətləndirir.
İnterfaks