"MİDA" MMC Gəncə şəhərində yeni yaşayış kompleksinin tikintisi üçün elan etdiyi tendelərin qaliblərini açıqlayıb.
Eləcə də bax: MIDA yeni yaşayış kompleksi - İNŞA EDƏCƏK
FED.az xəbər verir ki, tenderi “Amal Group” MMC (“NN Group” MMC konsorsium) və “Müasir Tikintilər” MMC qazanıb. "MİDA" MMC 2 şirkətə ümumilikdə 21 milyon 513 min 845 manat ödəyəcək.
"MİDA" MMC “Amal Group” MMC (“NN Group” MMC konsorsium) ilə ümumi məbləği 15 milyon 179 min 898 manat olan 2 müqavilə bağlayıb. Bunlar aşağıdakılardır:
- 5 nömrəli 9 mərtəbəli 2 bloklu, 6 və 7 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi – 8 milyon 858 min 274 manat;
- 3 və 4 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi – 6 milyon 321 min 624 manat.
"MİDA" MMC “Müasir Tikintilər” MMC şirkəti ilə 6 milyon 333 min 947 min manatlıq 1 müqavilə bağlayıb:
- 1 və 2 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi – 6 milyon 333 min 947 manat.
Qeyd edək ki, kompleks Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə tikiləcək.