Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti Yevlax şəhəri, Rəşad Budaqov küçəsi 1 ünvanında yerləşən 1,9 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edir.
FED.az xəbər verir ki Tender aşağıdakı lotlar üzrə keçirilir:
Lot-1 - 1, 2 və 3 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş kəmiyyətcə qiymətləndirilən meyarlar əsasında həyata keçiriləcəkdir.
Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra hər bir lot üzrə aşağıdakı hesaba qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanından (əlaqələndirici şəxs: Əliyev Vüqar Təyyar oğlu, telefon: (+99412) 594-54-01, daxili 239, email: [email protected]) ala bilərlər.
Benefisiarın adı: "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti
Hesab nömrə:
AZ18AIIB38030019440029636102
VÖEN: 1701953921
B1.Benefisiar (alan): Kapital Bank ASC
Adı: Mərkəz filialı
Kodu: 200026
VÖEN: 9900003611
S.W.İ.F.T.: AIIBAZ2X
Müxbir hesab:
AZ37NABZ01350100000000001944
İştirak haqqı lot üzrə Lot 1 - 1000 (min) manat
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.
1. Tenderdə iştirak etmək üçün ərizə;
2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
3. Tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
4. Tender təklifinin təminatı - bank zəmanəti (təklifin ümumi qiymətinin 1% (bir) faizi məbləğində və tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox qüvvədə olmalıdır);
5. Podratçı haqqında tələb olunan sənədlər.
Bu sənədlərə aşağıdakılar daxildir:
- Podratçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- Podratçının son 3 (üç) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- Podratçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- Podratçının inşa etdiyi analoji tikililər barədə "Tikinti obyektinin istismarına icazə" sənədinin notarial qaydada təsdiq edilmiş surəti;
- Podratçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənəd və formalarda təqdim edilməlidir);
- Podratçı son 3 (üç) il (2020-2022) ərzində Azərbaycan Respublikasında bütün sosial infrastrukturla təmin edilmiş yaşayış komplekslərində "Tikinti obyektinin istismarına icazə" sənədi əsasında çoxmənzilli binalarda ümumi sahəsi azı 15 000 (on beş min) m2 mənzil təhvil vermiş olmaldır;
- Podratçının son 3 (üç) il (2020-2022) ərzində tikinti quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 000 000,00 (otuz milyon) manat olmalıdır.
- Digər sənədlər: tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.
İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 13 dekabr 2023-cü il saat 17:00-dək Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.
İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 21 dekabr 2023-cü il saat 17:00-dək yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 22 dekabr 2023-cü il saat 15:00-da "MİDA" MMC-də açılacaqdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Əliyev Vüqar, Satınalmaların təşkili şöbəsi-Şöbə müdirinin müavini
(+99412) 594-54-01 239