İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Zaqatala, İsmayıllı və Bərdədə (1), Gəncə, Lənkəran, Şəmkir və Füzulidə (2), Bakı, Sumqayıt və Qubada (3) “KOB Fest” satış sərgilərinin keçirilməsi ilə bağlı 3 açıq tender elan edib.
Eləcə də bax: Dövlət satınalmaları tamamilə dəyişəcək - XARİCİ İŞ ADAMLARI İLƏ GÖRÜŞ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, hər 3 tenderdə iştirak haqqı 300 manatdır.
İddiaçılar ilkin sənədləri dekabrın 13-ü, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə düekabrın 21-I, saat 11:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun korporativ xidmətlər departamentinin təchizat şöbəsinin müdiri Nihad Axundovdur. Telefon: (012) 404 04 01.
Tenderlərin nəticələri dekabrın 22-də, saat 11:00-da Portalda açıqlanacaq.