Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası “Həyat deyəsən gözəldir” tammetrajlı bədii filminin istehsalı üçün səhnə quraşdırılmasında istifadə olunan geyimlərin tikilməsi və icarəsi, əlbəsələrin alınması və icarəsi, mebellərin icarəsi və filmdə çəkilən nəqliyyatların icarəsinin satın alınması məqsədilə açıq tender elan edir.
Dövlət Maliyyə Nəzarəti Xidməti tenderin qalibini - AÇIQLADI
FED.az xəbər verir ki, tender 1 lot üzrə keçirilir.
Lot-1. “Həyat deyəsən gözəldir” tammetrajlı bədii filminin istehsalı üçün səhnə quraşdırılmasında istifadə olunan geyimlərin tikilməsi və icarəsi, əlbəsələrin alınması və icarəsi, mebellərin icarəsi və filmdə çəkilən nəqliyyatların icarəsinin satın alınması.
Malların (işlərin və xidmətlərin) çatdırılmasının icra müddəti müqavilə imzalandığı gündən 10 gün müddətinə kimidir.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
Tenderdə iştirak etmək istəyənlər 150 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürməlidirlər.
VÖEN- 1300048781
H/h- AZ84AIIB38030019443400217104
Bank- “Kapital Bank” ASC-nin C.Cabbarlı filialı
Kod- 200048
M/h- AZ37NABZ01350100000000001944
VÖEN- 9900003611
S.W.I.F.T. AIIBAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- digər sənədlər- analoji işlərin yerinə yetirilməsinə aid iddiaçının potensial imkanları haqqında məlumat.
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı tələb olunmur.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri 21 iyun 2021-ci il saat 17.00-a , tender təklifi və bank təminatı sənədlərini isə 30 iyun 2021-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 1 iyul 2021-ci il saat 17.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
Qeyd-tenderdə iştirak, tenderin qiymətləndiriliməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsi ilə aparılır.