“Azərişıq” ASC rayonlarda yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi, elektrik təchizatı (Şəki ərazisi üzrə) işlərinin satın alır.
Eləcə də bax: Bakıda yeni istirahət parkı salınacaq - MÜQAVİLƏ
FED.az xəbər verir ki, aqropark Şəki və Oğuz rayonları ərazisində yaradılacaq.
Tenderdə iştirak haqqı 400 manatdır.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ə.Qayıbov küçəsi, 8 ünvanında yerləşən “Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər.