Gəncə Dövlət Universiteti tenderlərinin qalibini açıqlanıb.
Eləcə də bax: Dövlət qurumu binaların dam örtüyünün təmirinə - 10 MİLYON MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibləri "Bazar Trade Rave" MMC və "Evole Commerse ES" MMC olub.
Universitet "Bazar Trade Rave" MMC ilə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması üçün 195 min 798 manat məbləğində; "Evole Commerse ES" MMC ilə mətbəx ləvazimatların alınması üçün 43 min 622 manat, reaktivlərin alınması üçün 4 min 877 manat, Musiqi alətlərin alınması üçün 9 min 610 manat, İdman ləvazimatların alınması üçün 6 min 930 manat məbləğində müqavilələr bağlayıb.