T.Bəhramov adına Respublika Stadionunun dəftərxana ləvazimatları və kompüter hissələrinin satın alınması məqsədilə keçirdiyi tender nəticəsiz başa çatıb.
FED.az xəbər verir ki, T.Bəhramov adına Respublika Stadionunun dəftərxana ləvazimatları və kompüter hissələrinin satın alınması məqsədilə müqavilənin bağlanmasına əsas verən və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində 15 mart 2019-cu il tarixində 5p/1811-2 nömrəsi ilə qeydə alınmış kotirovka sorğusunun yekun protokolu əsasında qalib təşkilatla müqavilə bağlanması mümkün olmayıb.
Buna səbəb qalib gələn təşkilatın müqaviləni bağlamaqdan imtina etməsi olub. Eyni zamanda kotirovka sorğusunda iştirak edən digər iki təşkilat da şərtlərə cavab vermədiyi üçün onlarla da müqavilə bağlanması mümkün olmayıb.
Odur ki, sözügedən kotirovka sorğusunun nəticələri ləğv edilmişdir. Əlavə olaraq bildiririk ki, dəftərxana ləvazimatları və kompüter hissələrinin satın alınması məqsədilə yeni sorğu veriləcəkdir.
Azərbaycanda tenderin qalibi müqavilədən – İMTİNA ETDİ
09:48
20 Aprel 2019