Azərbaycanda satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) vergi öhdəlikləri ilə bağlı tələblər daha da sərtləşdirilir.
FED.az-ın məlumatına görə, bu, “ Dövlət satınalmaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Eləcə də: Doğrudanmı tenderlər düzələcək?! - Tender elanı, iştirak haqqı və ehtimal qiymət
Qüvvədə olan qanuna əsasən, satınalmada iştirak edənlərin vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəlikləri olmamalıdır. Təklif edilən dəyişikliyə əsasən, həm də son 1 il ərzində vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması tələb ediləcək.
Eləcə də bax: Bərdə rayonunun «sevimli» şirkəti – TENDERLƏRİ O UDUR
Təklif olunan dəyişiklikdə məqsəd satınalma prosedurlarında iştirak etmək istəyənlərin vergiləri vaxtında və tam ödəməsinə məsuliyyətini artırmaqdır.
Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyulun 9-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Azərbaycanda tender iştirakçıları ilə bağlı - YENİ TƏLƏBLƏR GƏLİR
20:34
3 İyul 2019