“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Balakən rayonunun Mahamalar və digər yaşayış məntəqələrinin, Balakənçay və Katexçay çaylarının sel sularından mühafizəsi tədbirləri”nin satın alınması ilə əlaqədar açıq tender elan edir.
FED.az xəbər verir ki, tender Balakən rayonunda uzunluğu 4394 metr, hündürlüyü 8 metr olan istinad divarının tikintisini nəzərdə tutur. İşlərin yerinə yetirilmə müddəti – 32 aydır.
Tender şərtlərinə görə, tender təklifinin ödəniş şərti - 10 bal nəzərdə tutulub. Belə ki, İddiaçı bağlanacaq satınalma müqaviləsi¬nin yerinə yetirilməsi üçün avans ödənişi tələb etmədiyi halda bu meyar üzrə müəyyən olun¬muş maksimal 10 bal alacaqdır.
İddiaçı tender təklifində 20 faizdən artıq avans ödənişi tələb edərsə, o zaman həmin iddiaçının tender təklifi kənarlaşdırılacaqdır. 20 faiz və daha az avans ödənişi tələb olu-nan tender təklifinin bu meyar üzrə alacağı bal aşağıdakı düstur əsasında hesablanacaqdır, (20–X)/20x10 X-tender təklifində iddiaçı tərə¬findən tələb olunan avans ödənişinin müqavilə qiymətinə nisbətdə faizi.