"Azərtibbtəchizat" MMC və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC kotirovka sorğusu metodu ilə audit xidmətlərinin satın alınması üzrə tenderlərin nəticələrini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hər iki satınalmanın qalibi "Hesabat" MMC (VÖEN – 1902799581) seçilib.
Müqavilələrə əsasən "Azərtibbtəchizat" MMC auditor xidməti üçün 1 000 manat, "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC isə 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidməti üçün 1 039 manat ödəyəcək.
Qeyd edək ki, "Hesabat" MMC 23 iyun 2016-cı ildə dövlət qeydiyyatına alınıb.
10 manat nizamnamə kapitalına malikdir Şirkətin qanuni təmsilçisi Məmmədov Rüfət Azad oğludur. Hüquqi ünvanı AZ1023, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ƏHƏD YAQUBOV, ev.15, 52C, m.14, giriş 2 ünvanıdır.












