İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus (COVID-19) xəstələrinə tibbi xidmət göstərilməsinə dair elan etdiyi açıq tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, Agentlik bunula bağlı təkliflər sorğusu elan etmişdi.
Sorğu Bakı şəhərində fəaliyyət göstərən Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu-Məhəmmədi modul tipli xəstəxanada müalicə olunan koronavirus infeksiyasına (Covid-19) yoluxmuş xəstələrə xəstəxana şəraitində keyfiyyətli tibbi xidmətlərin göstərilməsi və xidmətlərin təşkilinin satın alınmasını nəzərdə tuturdu
17 milyon 336 min manatlıq tenderin qalibi “Olimp Hospital” MMC olub.