Azərbaycanda şirkət fevral ayının 7-də 12 tender qazanıb.
Eləcə də bax: Tərtərdə tenderlərin 70%-ni - BİR ŞİRKƏT QAZANIR - SİYAHI, MƏBLƏĞ
FED.az xəbər verir ki, tenderləri qazanan şirkət "İlkin-N" MMC-dir. Şirkət Salyan Suvarma Sistemləri İdarəsi və Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin ümumilikdə 12 tenderini qazanıb.
MMC hər iki qurumun 6 tenderinin qalibi olub. Bağladığı müqavilələrin ümumi məbləği Salyan Suvarma Sistemləri İdarəsi ilə 858,4 min manat, Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi ilə 647,1 min manatdır.
"İlkin-N" MMC 12 tenderdən 1 milyon 505,5 min manat qazanıb.
№ |
Satınalan dövlət qurumu |
Satınalınan mal və ya xidmət |
Məbləğ |
1 |
Salyan Suvarma Sistemləri İdarəsi |
Nasos və Mexaniki avadanlıqların təmiri üçün ehtiyyat hissələrinin alınması |
298.309 |
2 |
Salyan Suvarma Sistemləri İdarəsi |
Təmir tikinti işləri üçün tikinti materiallarının alınması |
288.264 |
3 |
Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi |
Nasos və mexaniki avadanlıqların ehtiyat hissələrinin satınalınması |
281.488 |
4 |
Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi |
Mexanizmlərin ehtiyat hissələrinin satınalınması |
166.540 |
5 |
Salyan Suvarma Sistemləri İdarəsi |
Elektrik avadanlıqlarının təmiri üçün ehtiyyat hissələrinin alınması |
136.973 |
6 |
Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi |
Təmir işləri üçün tikinti materiallarının satınalınması |
124.553 |
7 |
Salyan Suvarma Sistemləri İdarəsi |
Mexanizmlərin ehtiyyat hissələri |
57.525 |
8 |
Salyan Suvarma Sistemləri İdarəsi |
Elektrik mühərriklərinin əsaslı təmiri |
43.320 |
9 |
Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi |
Elektrik mühərriklərinin əsaslı təmiri |
40.450 |
10 |
Salyan Suvarma Sistemləri İdarəsi |
Avtomobil,təkərli traktor ehtiyyat hissələri |
34.011 |
11 |
Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi |
Avtonəqliyyatların ehtiyyat hissələri |
22.996 |
12 |
Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi |
kommunikasiyanın xəttinin çəkilməsi |
11.084 |
Cəmi: |
1.505.512 |