Şəki Şəhər İcra Hakimiyyəti özü üçün tikilən yeni inzibati binanın tikintisinin tamamlanması işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: Şəkidə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azin Construction" MMC-dir.
Qalib şirkətə 2 milyon 875,6 min manat ödəniləcək.
Qeyd edək ki, 2020-ci ildə Şəki Şəhər Icra Hakimiyyətinə yeni inzibati binasının tikintisi üçün büdcədən 3 milyon 625 min manat ayrılmıdı.Bu işlərin görülməsi üçün şəhər icra hakimiyyəti "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə müqavilə bağlamışdı. (Report)