Azərbaycanda dövlət satınalmaları portalında qızıl təyyarənin alınması ilə bağlı elan edilmiş tender real deyilmiş.
FED.az xatırladır ki, bir neçə gün əvvəl dövlət satınalmalar portalında "Sənaye Təchizat Servis" MMC adlanan təşkilat tərəfindən qızıl təyyarənin satınalınması ilə bağlı tender elanı yerləşdirilib.
Elana əsasən, dəyəri 3 milyon ABŞ dollarından artıq olan tenderə qatılmaq istəyənlər təkliflərini və onun dəyərinin 1 %-i qədər bank təminatını mayın 5-dək təqdim etməli idilər və təkliflərə həmin gün baxılacağı bildirilirdi.
FED.az-ın əldə etdiyi məlumata görə, tender elanı satınalmalar portalının fəaliyyətini yoxlamaq üçün sınaq məqsədilə elan edilib və mayın 6-da ləğv edilib.
«Tender, portalın istehsalat mühitinin yoxlanması məqsədilə texniki komanda tərəfindən yaradılmışdır. Sınaq müsabiqədir və ləğv edilir»-deyə FED.az-a bildirilir.