Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu cari pensiya sisteminin dəyişdirilməsi məqsədilə kotirovka sorğusu keçirir.
Eləcə də bax: "Azərbaycanlı investorlar, ilk növbədə, Azərbaycana vəsait qoymalıdırlar" - PREZİDENT
FED.az xəbər verir ki, fond cari pensiya sisteminin beynəlxalq qabaqcıl təcrübələr əsasında təhlili, müvafiq tövsiyələrin hazırlanması, inkişaf modellərinin təqdim edilməsi və yol xəritəsinin tərtibatı xidmətlərinin satın alınması xidmətlərini alır.
İddiaçı öz təklifini “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun hazırlamalıdır. Qapalı zərfdə, imzalanıb və möhürlənərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna 11 mart 2020-ci il saat 15:00-a qədər təqdim etməlidir.
Kotirovka təkliflərinin zərfləri 11 mart 2020-ci il saat 16:00-da Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 80 ünvanında açılacaqdır.