Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri cari ilin 10 ayında 3294,1 milyon manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,0 faiz azdır.
Bundan başqa anacaq mazutunun istehsalı 2,2 dəfə, neft bitumu istehsalı 2,2 faiz, avtomobil benzininin istehsalı 0,7 faiz artmış, dizel yanacağının istehsalı 18,9 faiz, neft koksunun istehsalı 24,7 faiz, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 29,2 faiz, sürtkü yağlarının istehsalı isə 33,1 faiz azalıb.