Azərbaycanda dövlət qurumu mühasibatlıq şirkətləri üçün böyük tender elan edib.
Təhsil Nazirliyi təmir işləri üzrə böyük tender - ELAN EDİR - SİYAHI
FED.az xəbər verir ki, tender "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC tərəfindən elan edilib.
Satınalınan xidmətlərə aşağıdakılar aiddir:
Son 36 təqvim ayı üzrə aylıq və rüblük bəyannamələr üzrə vergi əməletməsinin yoxlanılması;
Aşkar olunmuş uyğunsuzluqları əhatə edən hesabat və müqayisəli cədvəllərin təqdim edilməsi;
Vergi orqanlarına yoxlanılacaq dövr üzrə dəqiqləşmiş bəyannamələrin verilməsi;
Layihə bitənədək veriləcək bəyannamələrlə əlaqədar olaraq vergi orqanları tərəfindən təqdim ediləcək kameral uyğunsuzluq məktublarının cavablandırılması;
Layihə başa çatdıqdan sonra şəxsi hesab vərəqəsinin qalığının balans hesabatında düzgün əks etdirilməsi üçün müvafiq müxabirləşmələrin verilməsi.
FED.az xəbər verir ki, tenderdə iştirak ehaqqı 250 manatdır.
Müsabiqə sentyabrın 21-də başlayıb, tələb olunan sənədlər oktyabrın 13-dək, tender təklifləri isə oktyabrın 21-dək təqdim edilməlidir. Təkliflər olan zərflər oktyabrın 24-də açılacaq.