2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan 30 milyon 983 min dollar dəyərində 71 min 28 ton kartof ixrac edib.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən kartofun ixracı dəyər ifadəsi ilə 11,6% və ya 4 milyon 76 min dollar azalıb, miqdarı isə 9,1% və ya 7 min 128 ton azalıb.
2022-ci ilin ilk 6 ayında Azərbaycandan 35 milyon 59 min dollar dəyərində 78 min 156 ton kartof ixrac edilib.
Bir ton kartofun ixrac qiyməti 2022-ci ilin 6 ayında 449 dollar ikən, 2023-cü ilin 6 ayında 436 dollar olub.
Meyvə-tərəvəzin orta ixrac qiyməti son bir ildə 12 dollar, başqa sözlə 2,8% aşağı düşüb.
Xatırladaq ki, cari ilin yanvar-iyun aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 0.17%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,75%-ə bərabər olub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.