Azərbaycanda işsiz kimi qeydiyyatda olan şəxsin şirkəti dövlət satınalmalarında 345 min manat qazanıb.
FED,az xəbər verir ki, Qax rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi qaliblərindən biri olan "RENAT-R” MMC adlı şirkətin qanuni təmsilçisi olan Qurbanov Elşən Şövkət oğlu Qax rayon DOST mərkəzində işsizliyə görə, ictimai işlərə cəlb olunaraq minimum əmək haqqı alanlar sırasındadır.
Ayda 200 manat maaş alır – 79 MİLYON MANAT VERGİ BORCU VAR – AZƏRBAYCANDA
FED.az-ın məlumatına görə, sonra iki ildə «Renat-R” MMC şirkəti dövlət tenderlərindən, daha dəqiqi rayon icra hakimiyyətinin elan etdiyi tenderlərdə 345 min manatlıq satınalmanın qalibi olub.
Qeyd edək ki, 2013-cü ildə qeydiyyatdan keçirilən «Renat-R” MMC-nin qanuni təmsilçisi QAX ŞƏHƏRİ, CƏFƏR CABBARLI, ev Döngə 2, ev 7.-də qeydiyyatda olan Qurbanov Elşən Şövkət oğludur. Həmin şəxsin adı, həm də Qax rayonu üzrə "DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alan ictimai işçilərin siyahısındadır.
«Renat-R» MMC-nin son 3 ildə qazandığı tenderlər
2019
Qax şəhərinin Azərbaycan prospektində abadlıq işlərinin satın alınması – 25 200 manat
Qax rayonu, Almalı kənd İƏD üzrə nümayəndəliyinin inzibati binasının təmiri – 9994 manat
Qax şəhərinin İmam Mustafayev küçəsində abadlıq işləri – 46 674 manat
2018
Əsaslı təmir işləri – 26 997 manat
Cari təmir işləri – 10 749 manat
Abadlıq işləri – 120 089 manat
2017
2017-ci ildə şəhərin park, prospekt və küçələrində aparılacaq abadlıq işləri – 97 984 manat
Kompleksin otaqlarında təmir – 7500 manat