"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" Publik Hüquqi Şəxsi içməli suyun satın alınması ilə bağlı tender elan etmişdi, lakin müsabiqə nəzarət orqanının qərarı ilə ləğv edilib.
Mərkəzi Bankın tenderi - NİYƏ LƏĞV EDİLDİ?
FED.az xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 49.224,44 AZN təşkil edirdi. Müsabiqənin elan edildiyi tarix 29 noyabr 2024, saat 16:17, təkliflərin son təqdim olunma tarixi və zərflərin açılma vaxtı isə 20 dekabr 2024, saat 16:30 idi.
Satın alınması planlaşdırılan məhsullar arasında 6.500 ədəd 18 litrlik qabda içməli su, 600 ədəd 0,33 litrlik şüşə qabda premium qazsız su, 200 ədəd 0,33 litrlik pet qabda premium qazsız su və 600 ədəd 1 litrlik pet qabda qazsız su yer alırdı. Lakin nəzarət orqanının müdaxiləsi nəticəsində tender ləğv edilib.