Azərbaycanda həyat sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 377 milyon 361 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 94 milyon 573,9 min manat və ya 33,4% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 282 milyon 787,1 min manat təşkil edib.