Dövlət satınalmalarına nəzarətin artması ləğv edilən tenderlərin sayını kəskin artırıb.
Hökumət bu il tenderlərdə 600 milyon qənaət edib – HƏR TENDERƏ 6,5 NƏFƏR QATILIR
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, yanvar-noyabr aylarında satınalan təşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılması ilə əlaqədar Dövlət Xidmətinə daxil olan 1270 müraciətə baxılıb.
Hesabat dövründə keçirilmiş müsabiqələrin nəticələri barədə 13 477 yekun protokol təhlil olunub. Nəticədə, müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1790 yekun protokol və ya bütün protokolların 13,3%-i Dövlət Xidməti tərəfindən ləğv edilib.