Son illərdə, dövlət və özəl sektorda geyimlərin satın alınması ilə bağlı tenderlər daha geniş bir əhatə dairəsinə sahib olmuşdur və paralel olraq tekstil şirkətlərinin arasında da rəqabət artmışdır.
İyul ayında əhali geyimə 633 milyon manat xərcləyib
FED.az xəbər verir ki, bu sahədə Dövlət Satınalmaları vahid portalı vasitəsilə bu ilin ilk 8 ayı ərzində dəyəri 76 121 675 AZN olan 32 tender keçirilib.
Bu il ən çox tenderi udan şirkətlərin arasında "Dress Uniform" MMC, "Esen Tekstil" MMC və "Mega Textil" MMC xüsusi diqqət çəkir.
Sayca ən çox tender udan şirkət olan "Dress Uniform" MMC əsasən müxtəlif dövlət tibb müəssisələri və metropoliten üçün geyim formalarının satın alınması üzrə 1 328 895 AZN dəyərində 4 ədəd tender qazanmışdır. Şirkətin sahibi Rövşən Nəsir Akif oğludur və şirkətin nizamnamə kapitalı 20 AZN təşkil edir.
Digər tərəfdən, "Esen Tekstil" MMC isə 37 130 399 AZN dəyərində 3 ədəd tenderdə qalib olaraq, əsasən hüquq-mühafizə orqanları və daxili işlər nazirliyini geyim və ləvazimat təmin etmişdir. "Mega Textil" MMC isə hərbi sahədə nəzərə çarpan rol oynayaraq 15 831 960 AZN məbləğində 3 ədəd tenderin qalib seçilmişdir.
2024-cü ildə ən yüksək məbləğli tenderləri isə əsasən iki böyük şirkət udmuşdur. "Esen Tekstil" MMC, 19 237 392 AZN məbləğində Daxili İşlər Nazirliyi üçün geyim və fərqlənmə nişanlarının alınması tenderini qazanaraq bu il ən yüksək məbləğli müqaviləyə imza atan şirkət olmuşdur.
"Mega Textil" MMC isə Azərbaycan Dövlət Sərhəd Xidməti üçün 10 428 675 AZN dəyərində səhra geyimləri və ləvazimatlarının alınması tenderində qalib olmuşdur. Bu iki tender, maliyyə baxımından ilin ən böyük müqavilələrini əhatə edir.
Tenderlər haqqında daha detallı aşağıdakı cədvəldə :
№ |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Qalibin adı |
Məbləğ |
Tarix |
1 |
"Şəki Rayon Mərkəzi Xəstəxanasi" PHŞ |
Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər |
"Dress Uniform" MMC |
44 320 AZN |
19.07.2024 09:16 |
2 |
"Sumqayit Tibb Mərkəzi" PHŞ |
Yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması |
"Dress Uniform" MMC |
199 001 AZN |
17.07.2024 17:24 |
3 |
Azərbaycan Respublikasinin Prezidenti Yaninda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi |
Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması paraqrafı üzrə yay geyimlərinin satınalınması |
"Dress Uniform" MMC |
711 068 AZN |
13.06.2024 14:52 |
4 |
"Bakı Metropoliteni" QSC |
“Bakı Metropoliteni” QSC üçün müxtəlif növ geyim formalarının satın alınması |
"Dress Uniform" MMC |
374 506 AZN |
13.08.2024 17:36 |
Cəmi: 1 328 895 AZN |
|||||
|
|||||
1 |
Azərbaycan Respublikasi Din Daxili Qoşunlar Baş İdarəsi |
Yumşaq inventarın, yataq ləvazimatlarının və xüsusi geyimlərin satın alınması |
"Esen Tekstil" MMC |
10 429 725 AZN |
01.07.2024 11:22 |
2 |
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi |
Xüsusi geyim formaları və fərqlənmə nişanlarının satınalınması |
"Esen Tekstil" MMC |
7 463 282 AZN |
25.06.2024 18:25 |
3 |
DİN-Nin Maddi -Texniki Təminat Baş İdarəsi |
1. Daxili işlər orqanları əməkdaşları üçün geyim formasının və fəqlənmə nişanlarının satınalınması |
"Esen Tekstil" MMC |
19 237 392 AZN |
25.06.2024 18:19 |
Cəmi: 37 130 399 AZN |
|||||
|
|||||
1 |
Azərbaycan Respublikasi Dövlət Sərhəd Xidməti |
Səhra və xüsusi geyimlər, hərbi ləvazimatlar |
"Mega Textil" MMC |
4 224 577 AZN |
02.08.2024 16:48 |
2 |
Azərbaycan Respublikasinin Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi |
Hərbi geyimlər və ləvazimatlar |
"Mega Textil" MMC |
1 178 708 AZN |
16.07.2024 11:35 |
3 |
Azərbaycan Respublikasi Dövlət Sərhəd Xidməti |
Səhra geyimləri, kəmərlər, ayaqqabılar və üzlüklər |
"Mega Textil" MMC |
10 428 675 AZN |
26.08.2024 09:52 |
Cəmi: 15 831 960 AZN |
|||||
|
|||||
1 |
Azərbaycan Respublikasi Dövlət Sərhəd Xidməti |
Xüsusi geyimlər, baş geyimləri və hərbi ləvazimatlar |
"Hermano" MMC |
7 167 285 AZN |
12.08.2024 17:46 |
2 |
Azərbaycan Respublikasi Dövlət Sərhəd Xidməti |
Dalğıc geyimləri |
"Hermano" MMC |
193 621 AZN |
12.08.2024 15:44 |
3 |
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi |
Gömrük geyimlərinin satın alınması |
"Hermano" MMC |
990 153 AZN |
12.08.2024 15:31 |
Cəmi: 8 351 059 AZN |
|||||
|
|||||
1 |
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC |
Xüsusi geyimlərin satın alınması |
"Katan Tekstil" MMC |
179 932 AZN |
13.06.2024 18:39 |
2 |
Azərbaycan Respublikasi Dövlət Miqrasiya Xidməti |
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşlarının xüsusi geyim dəstlərinin satınalınması (1) |
"Katan Tekstil" MMC |
155 893 AZN |
21.08.2024 21:46 |
Cəmi: 335 825 AZN |
|||||
|
|||||
1 |
Azərbaycan Respublikasi Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi |
Yataq ləvazimatları və xüsusi geyimlər |
"Gill Med" Qapali Səhmdar Cəmiyyəti |
118 330 AZN |
03.06.2024 22:40 |
2 |
"Dənizkənari Bulvar İdarəsi" PHŞ |
Xüsusi geyim və fərdi mühafizə vasitələrinin satınalınması |
"Gill Med" Qapali Səhmdar Cəmiyyəti |
26 296 AZN |
14.08.2024 14:54 |
3 |
"Mida" MMC |
Xüsusi geyim formalarının satınalınması |
"Gill Med" Qapali Səhmdar Cəmiyyəti |
38 220 AZN |
22.01.2024 17:49 |
Cəmi: 182 846 AZN |
|||||
|
|||||
1 |
Azərbaycan Respublikasi Prezidentinin Təhlükəsizlik Xidməti |
Xüsusi geyim formalarının satın alınması |
"Baku Textile Company" MMC |
38 842 AZN |
21.05.2024 12:40 |
2 |
Azərbaycan Respublikasi Prezidentinin Təhlükəsizlik Xidməti |
Hərbi geyimlərin satın alınması |
"Baku Textile Company" MMC |
616 460 AZN |
21.05.2024 12:39 |
Cəmi: 655 302 AZN |
|||||
|
|||||
1 |
Azərbaycan Respublikasi Prezidentinin Təhlükəsizlik Xidməti |
Xəz-dəri tipli hərbi geyimlərin satın alınması |
"Black Rams Uniform" MMC |
90 978 AZN |
21.05.2024 12:37 |
2 |
Azərbaycan Respublikasi Prezidentinin Təhlükəsizlik Xidməti |
Xüsusi hərbi geyimlər və ləvazimatların satın alınması |
"Black Rams Uniform" MMC |
250 544 AZN |
21.05.2024 12:36 |
Cəmi: 341 522 AZN |
|||||
|
|||||
1 |
Azərbaycan Respublikasi Dövlət Sərhəd Xidməti |
Gündəlik və iş geyimləri, parçalar, dəyişək dəstlər |
"Me.Ga.An" MMC |
9 677 988 AZN |
16.07.2024 12:22 |
2 |
Azərbaycan Respublikasinin Səfərbərlik Və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidməti |
Hərbi geyim forması və ləvazimatının satınalınması |
"Tekstil Təminat Mh" MMC |
664 955 AZN |
04.04.2024 10:54 |
3 |
Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi |
Ədliyyə işçilərinə xüsusi geyim formalarının satınalınması |
"Monitex" MMC |
550 353 AZN |
20.02.2024 10:02 |
4 |
Azərbaycan Respublikasi Prezidentinin Təhlükəsizlik Xidməti Milli Qvardiya |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyası ehtiyacları üçün yataq ləvazimatları və alt geyimlərin satın alınması |
"Baki-Əyrici-Toxucu" Açiq Səhmdar Cəmiyyəti |
353 163 AZN |
19.08.2024 15:56 |
5 |
Naxçivan Muxtar Respublikasinin Fövqəladə Hallar Nazirliyi |
Yumuşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması |
"Zümrüd Tekstil" MMC |
271 677 AZN |
07.08.2024 09:46 |
6 |
Azərbaycan Respublikasi Prezidentinin Təhlükəsizlik Xidməti Milli Qvardiya |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyası ehtiyacları üçün hərbi geyimlərin satın alınması |
"Spc" MMC |
165 314 AZN |
07.08.2024 10:27 |
7 |
Daxili İşlər Nazirliyinin Komendat Xidməti |
Xüsusi geyim formasının alınması |
"Dadaş-N" MMC |
74 499 AZN |
27.06.2024 17:55 |
8 |
Quba Rayon Mərkəzi Xəstəxanasi |
"Quba Rayon Mərkəzi Xəstəxanası" PHŞ tərəfindən xəstəxananın tələbatına uyğun yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması |
"Vest Supply" MMC |
72 806 AZN |
08.08.2024 17:33 |
9 |
Azərbaycan Respublikasi Prezidentinin Təhlükəsizlik Xidməti |
Hərbi trikotaj geyimlərinin satın alınması |
"Uğur Tekstil" MMC |
67 909 AZN |
25.05.2024 10:32 |
10 |
"Dənizkənari Bulvar İdarəsi" PHŞ |
İşçi geyimləri üçün materialların satınalınması |
"B-Sign" MMC |
65 203 AZN |
07.08.2024 10:36 |
Cəmi : 11 963 867 AZN |
|||||
YEKUN : 76 121 675 AZN |