2025-ci ildə Azərbaycan əhalisinin sərəncamında qalan gəlirlərin həcmi 79 milyard 945,3 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu göstərici, əhalinin ümumi nominal gəlirlərindən məcburi və könüllü ödənişlər çıxıldıqdan sonra yerdə qalan vəsaiti əks etdirir.
İlkin məlumatlara görə, 2025-ci ildə ölkə əhalisinin nominal gəlirləri 2024-cü ilə nisbətən 8,0 faiz artaraq 89 milyard 916 milyon manat və ya hər nəfərə orta hesabla 8 777,6 manat olub.










