2025-ci ildə Azərbaycanda 3 646,0 kq gümüş istehsal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən illə müqayisədə gümüş istehsalı 461,1 kq və ya 14,5% artıb.
2024-cü ildə bu göstərici 3 184,9 kq təşkil edib.
1 yanvar 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 361,9 kq təşkil edib ki, bu da illik müqayisədə 27,0 kq və ya 8,1% çoxdur.
Ötən ilin eyni dövründə hazır gümüş ehtiyatı 334,9 kq olub.









