İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti elan etdiyi tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən daşınar dövlət əmlaklarının qiymətləndirilməsi, özəlləşdirilməsi və yaxud icarə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin, habelə nəqliyyat vasitələrinin qiymətləndirilməsi üzrə tenderin qalibi 174.7 min manatlıq tenderin qalibi "Sorğu Ekspert Mərkəzi" MMC-dir.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.