SOCAR süd məhsullarına olan tələbatını ödəmək üçün açıq tender elan edir.
Eləcə də bax: Azərbaycanda dövlət şirkəti – 2,2 MİN KİLOQRAM QATIQ ALIR
FED.az xəbər verir ki, şirkət pasterizə edilmiş 1 milyon 695 min 895 litr inək südünü 1 litrlik tetrapaketlərdə satın alır. Südün yağlılığı 2,2%-dən az olmamalıdır. Tenderdə iştirak haqqı 236 manatdır. Tenderin şərtləri haqqında ətraflı məlumat öyrənmək üçün linkə daxil ola bilərsiniz.
Satınalan təşkilatın ünvanı:
AZ1029 (indeks), Heydər Əliyev pr.121, SOCAR-ın baş ofisi Bakı şəhəri, Azərbaycan Respublikası.
Əlaqələndirici şəxs:
Təchizat İdarəsi Böyük Mühəndis - Hacıyev Məharət
Telefon nömrəsi: +994 12 521-03-31
Mobil nömrəsi: +994 50 841-03-31
Elektron ünvan: [email protected]