Azərbaycanda dövlət sifarişi ilə ərzaq malları yalnız elektron portalla alınacaq. FED.az xəbər verir ki, Nazirlər Kabineti «Aqrar tədarük və təchizat» ASC-nin Nizamnaməsinin təsdiq edilməsi barədə özünün 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarında dəyişiklik edib.
Hökumətdən bildirilib ki, qərarına evrilməsində məqsəd «Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması mexanizminin təkmilləşdirilməsi və “Dövlət satınalmaları haqqında» qanunda dəyişiklik və «Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası»nın təsdiq edilməsi haqqında prezidentin fərmanının icrasıdır.
«Qərarlar “Dövlət satınalmaları haqqında” Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 859 və 1439 nömrəli Fərmanlarına əsasən hazırlanmışdır»-deyə bildirilir.
Qeyd edilən Fərmana uyğun olaraq “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemi olan “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı yaradılıb.Elektron portal vasitəsilə ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması elektron portal vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Adıçəkilən Fərmana uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına ərzaq məhsullarının satınalınmasının “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı vasitəsilə həyata keçirilməsi ilə əlaqədar satınalma şərtləri və bağlanılan müqavilə ilə bağlı, “Aqrar tədarük və təchizat” ASC-nin nizamnaməsinin layihəsində müvafiq dəyişikliklər edilir.
Eyni zamanda, satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin forması hazırlanıb.
Hökumət bu dəyişikliklə iki hədəfə nail olmaq istəyir – birincisi ərzaq sifarəşlərində daha çox kiçik və mikro biznes iştirak edəcək, ikincisi, rəqabət nəticəsində satınalmalarda qənaət etmək mümkün olacaq.
«Dəyişiklikdən sonra mikro və kiçik fermerlərin dövlət müəssisə və təşkilatlarının təchizatında iştirak imkanları genişlənəcək.
Paralel olaraq rəqabət mühiti təkmilləşdirildiyi üçün təchizat xərclərinin azaldılmasına imkan verəcək»-deyə Nazirlər Kabineti bildirib.