2021-ci ildə Azərbaycanda dövlət vəsaitləri hesabına 6 011 740 min manat məbləğində 12 129 satınalma proseduru keçirilib.
Eləcə də bax: Dövlət satınalmaları prosedurlarının sayı 32 % artıb
FED.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Məlumata görə, 2020-ci ilə nisbətən dövlət satınalmalarının ümumi məbləği 555 470 min manat və yaxud 8,5% azalıb, satınalma prosedurlarının sayı isə 2 926 vahid və yaxud 31,8% artıb.
Hesabat dövründə müsabiqə əsasında keçirilmiş satınalmalar zamanı ehtimal olunan qiymətlə (2 994 549 min manat) müqayisədə 348 486 min manat və yaxud 11,6% dövlət vəsaitinə qənaət edilib ki, bu da illik müqayisədə 43 007 min manat və yaxud 14,1% çoxdur. (Renkinq)