2021-ci ildə Azərbaycanda dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinin payı 95% təşkil edib.
FED.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun rəisi Məmməd Abbasbəyli Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda satınalmalarla bağlı islahatlar – məsləhətləşmə missiyasının nümayəndələri ilə görüşdə bildirib.
O, ölkəmizdə satınalmalar sahəsində aparılan islahatlar, səmərəliliyin, şəffaflığın təmin edilməsi məqsədilə həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq praktikaya uyğunlaşdırılması istiqamətində görülən işlərdə AİB-in rolunu qeyd edib. Xidmət rəisinin sözlərinə görə, ölkədə kotirovka sorğusu proseduru tam elektronlaşdırılıb.
Görüşdə “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi, tenderlərin səmərəliliyinin artırılması barədə müzakirələr aparılıb.