“Dövlət satınalmaları rəqabət əsaslı olmalıdır”.
Eləcə də bax: “Satınalmalarla bağlı bəzi məsələlər hökuməti qane etmir”
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məslisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.
“Dövlət satınalmaları ilə bağlı xüsusi portal fəaliyyət göstərir. Hazırda onun üzərində təkmilləşdirmə işləri aparılır, dövlət və özəl qurumlar portala inteqrasiya edilir. Çalışacağıq ki, daha səmərəli satınalmaların həyata keçirilməsinə nail olaq. Bundan başqa, ölkə Prezidentinin tapşırığı ilə, beynəlxalq təcrübə nəzərə alınmaqla, dövlət satınalmaları ilə bağlı yeni qanun layihəsi hazırlanır. Hazırda sənədin müzakirəsi gedir və yəqin ki, yaxın zamanlarda təqdim ediləcək”, - deyə o qeyd edib.