“Azərişıq” ASC işçilərinin davamlılığına nəzarət etmək üçün "Qlobal-Elektro" MMC ilə müqavilə imzalayıb.
FED.az xəbər verir ki, “Azərişıq” "Qlobal-Elektro" MMC ilə ümumilikdə 1 mln 033 min manat dəyərində iki müqavilə bağlayıb.
Eləcə də bax: Dövlət qurumu – 2 SIĞORTA ŞİRKƏTİNİ SEÇDİ
Adı qeyd edilən şirkətlə 1-ci müqavilə “Azərişıq” ASC-də işin davamlılığı və “giriş-çıxış”a nəzarət üzrə proqram təminatının satın alınmasıdır. Bu müqavilənin dəyəri 561min 963 manatdır.
İkinci müqavilə “Azərişıq” ASC-yə satınalmalar və sifarişlərin idarə olunması üzrə proqram təminatının tədarük edilməsini nəzərdə tutan müqavilədir. Bu razılaşmanın dəyəri isə 471 min 986 manat təşkil edib.