Son illərdə Azərbaycanda taksi xidməti sahəsində rəqabət artmış və dövlət tərəfindən keçirilən tenderlər bu sahənin inkişafında mühüm rol oynamışdır.
Agentlik taksi xidməti alır - ŞƏRTLƏR
FED.az xəbər verir ki, 2023-cü ilin əvvəlindən indiyədək dövlət satıalmaları portalı vasitəsilə taksi xidmətinin satın alınması ilə bağlı 4 tenderə yekun vurulub.
Bakıda taksi qiymətləri yenidən artdı? - RƏSMİ AÇIQLAMA
Tenderlərin ümumi dəyəri 173 514 manat təşkil edib. Sözügedən tenderləri ən çox udan şirkət "Enar Taxi" MMC şirkəti olub.
Qeyd edək ki, "Enar Taxi" MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin Əliyev Elşən oğludur. Hüquqi ünvanı AZ1078, Bakı şəhəri Nərimanov rayonu, Məsud Əlizadə, ev 62 ünvanında yerləşir.
“1 manatlıq" taksi də bahalaşdı - VİDEO
Xatırladaq ki, taksi xidmətinə artan maraq fonunda il ərzində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" PHŞ, "Bakı Telefon Rabitəsi" MMC və "Aztelekom" MMC taksi xidmətinin satın alınması ilə bağlı tenderlər elan edib. Bundan başqa "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" PHŞ-nin 1 Saylı Bakı Ərazi İdarəsi kotirovka sorğusu keçirib. Adı çəkilən qurumların tenderləri davam edir, nəticələr hələ açıqlanmayıb.
Bakıda taksilər nə qədər bahalaşıb - ƏN UCUZ TAKSİ HANSIDIR? – QİYMƏTLƏR, SİYAHI
Daha detallı :
№ |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Qalib şirkət |
Məbləğ |
Tarix |
1 |
"Dövlət İmtahan Mərkəzi" PHŞ |
Taksi icarəsi xidmətinin satın alınması |
"Enar Taxi" MMC |
58 150 AZN |
27.03.2024 |
2 |
"Dövlət İmtahan Mərkəzi" PHŞ |
Taksi icarəsi xidmətinin satın alınması |
"Enar Taxi" MMC |
47 018 AZN |
11.04.2023
|
3 |
"Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" PHŞ-nin 1 Saylı Bakı Ərazi İdarəsi |
Yükdaşınması üçün taksi xidməti |
"Azcargo Logistics And Management Services" MMC |
43 896 AZN |
10.05.2024 |
4 |
"Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi" PHŞ |
Taksi nəqliyyatı xidmətinin satın alınması |
"Enar Taxi" MMC |
24 450 AZN |
31.03.2023 |