Azərbaycanda sayca az, amma məbləğ baxımından böyük tenderləri qazanan daha bir şirkət aşkar edilib.
FED.az xəbər verir ki, bu «Bakı Tikiş Evi» ASC-dir.
Sözügedən şirkət 2021-ci və 2022-ci illərdə DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsindən 2 böyük tender vasitəsilə üst-üstə 10 milyon manatlıq sifariş əldə edib.
2021-ci ildə (28.04.2021) udulan ilk tenderdə «Bakı Tikiş Evi» ASC «Palto, plaş palto, mont, kostyum, yay şalvarı və yubka» xidməti üzrə 6 954 800 AZN həcmində böyük sifariş alıb.
2022-ci ildə udulan (13.07.2022) ikinci tenderdə isə şirkət «Palto, mont, isti qış gödəkçəsi DİN, kostyum böyük və orta rəis rəis heyəti, yay şalvarı, ali rəyis heyəti üçün geyim əmlaklarının» satın alınması üzrə 3 161 300 AZN həcmində növbəti sifariş əldə edib.