İcbari Tibbi Sığorta Agentliyi ““Nərimanov Tibb Mərkəzi” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Şəhər Kliniki Xəstəxananın xəstəxana binası, korpusları və köməkçi binalarının yenidənqurulması (avadanlıq daxil) işlərinin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, yenidən qurma işlərini "Var Construction" MMC (VÖEN: 1900144641) həyata keçirəcək.
Qalib şirkətlə 19 128 386 manat məbləğində müqavilə imzalanıb.