Bakı-Qazax magistral yolunun kənarında inşa olunmuş yaşayış evlərinin dam örtükləri və hasarları yenidən qurulacaq.
FED.az xəbər verir ki, bu barədə Yevlax Rayon İcra Hakimiyyəti birbaşa satınalmanı yekunlaşdırıb.
yenidənqurma işləri magistral yolun Yevlax rayonunun yolkənarı kənd və qəsəbələrindən keçən hissəsindəki tikiləri əhatə edir. Bağlanmış müqaviləyə əsasən, yenidənqurma və abadlıq işlərini “AZR-R Construction” şirkəti (VÖEN: 1008245401) 357 540,5 manata icra edəcək.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında təsis edilib. Şirkət “AZR-R Construction” MMC tikinti-inşaat işlərini həyata keçirməklə bərabər, tikinti-sənaye materiallarının alqı-satqısı ilə də məşğuldur.