Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikintisi işlərinin satın alınması ilə əlaqədar açıq tender elan edir
FED.az xəbər verir ki, tender 1 LOT üzrə keçirilir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikintisi işlərinin satın alınması respublikanın 36 şəhər və rayonunda (Ağcabədi, Beyləqan, Tərtər, Ağdaş, Ağsu, Ucar, Zərdab, Qobustan,
Ağstafa, Samux, Şəmkir, Tovuz, Yevlax, Zaqatala, Qax, Qazax, Qəbələ, Daşkəsən, İsmayıllı, Astara, Lerik, Masallı, Balakən, Saatlı, Biləsuvar, Neftçala, Yardımlı, İmişli, Goranboy, Kürdəmir, Oğuz, Quba, Salyan, Şəki, Xızı, Səbirabad) cəmi 450 ədəd olmaqla fərdi evlərin tikintisi işlərinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85 ((012) 596-44-09) ünvanından ala bilərlər.
İştirak haqqı: 500 (beş yüz) manat
Satınalan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
VÖEN: 1700093011
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
KOD: 210005
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
SWIFT CTREAZ22
H/HESABI: AZ80CTRE00000000000002138501
Büdcə gəlirlərinin təsnifat kodu - 142330
Büdcə səviyyəsinin kodu - 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir);
- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir). 01 mart 2021-ci il;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2019-cu və ya 2020-ci il üzrə);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin əsli skan edilməli və PDF formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir). 01 mart 2021-ci il;
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (İddiaçılar tərəfindən müvafiq sahədə peşəkarlığını, təcrübəsini və ixtisaslı kadr imkanlarının mövcudluğu barədə təsdiqedici sənədlər təqdim edilməlidir (büdcə və ya fərdi sahibkarlarla müqavilələrin surətləri, layihənin həyata keçirilməsində iştirak edəcək işçilərin CV və mövcud sertifikatlar);
- satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması;
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 19 aprel 2021-ci il saat 18:00-dək, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərfdə 27 aprel 2021-ci il saat 18:00-dək Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 28 aprel 2021-ci il saat 15:00-da Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası