Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fərdi evlərin tikintisi işlərinin satın alınması üçün açıq tenderə dəvət edir.
Eləcə də bax: Tikinti şirkətlərinə fürsət - "NOVOSTROYKA"LARDAN 300 MƏNZİL ALINACAQ
FED.az xəbər verir ki, nazirlik Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikintisi işlərinin satın alır. Evlər 18 şəhər və rayonunda (Ağdam, Naftalan, Göyçay, Zərdab, İmişli, Ağsfafa, Lənkəran, Kürdəmir, Xızı, Oğuz, Daşkəsən, Qəbələ, Quba, Fizuli, Şəki, Balakən, Gədəbəy, Lerik) tikiləcək.
Qeyd edək ki, tenderdə 274 fərdi evin tikilməsi nəzərdə tutulub.