Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramına cəlb olunacaq şəxslərə təlimlərin keçirilməsi xidmətinin satın alınması üzrə tender elan edir.
İcra Hakimiyyətindən yol-bina təmiri və abadlıq tenderləri - SİYAHI
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 17.05.2022-ci il saat 16:00-a kimidir və iştirak ödənişi 450 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi - zəruridir. Malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır və meyarın adında olan tələblərə dair malgöndərən (podratçı) tərəfindən rəsmi məktubla məlumat təqdim edir.
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması - zəruridir. Rəhbər şəxsin vəzifəyə təyin əmri surəti təqdim edilməlidir.
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat - Dövlət Statistika Komitəsindən 2021-ci il ərzində alınmış məktub olmalıdır. Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir.
Qeydiyyatdan keçdiyi ölkə - sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir.
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - sənədin originalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir. 01.04.2022-ci il tarixindən sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcəkdir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti təqdim edilməlidir.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması - zəruridir. 2022-ci ildə Dövlət Vergi Xidmətindən alınmış yüklülük barədə məlumat və meyarın adında olan tələblərə dair malgöndərən (podratçı) tərəfindən rəsmi məktubla məlumat təqdim edir.
Rekvizitlər - zəruridir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Şahin Qubadov, 0559001888