Azərbaycanda böyük şirkət 1700 ədəd i şlənmiş təkər alır.
Baş Prokurorluq maşın təkərləri alır – TENDER ELANI - SİYAHI
FED.az xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) quruma aid gəmilərin gövdəsinin qorunması üçün böyük sayda işlənmiş təkər alır. Tenderə əsasən şirkət üçün ağır texnikanın və avtobus təkərlərinin satınalınması nəzərdə tutulub.
Ümumilikdə 1700 ədəd işlənmiş təkər alınacaq. Bunlardan 300 ədədi ağır texnika təkəri olacaq (385x65x22.5-400x75x30 sm aralığında avtoşinlər qəbul olunur). 1 400 ədəd isə işlənmiş avtobus təkəri satın alınacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.
Müraciət üçün son müddət 2024- cü il fevralın 9-u saat 17:00-dəkdir.
Ünvan: Bakı şəhəri, Mikayıl Useynov 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.