Yeni il şənlikləri də daxil olmaqla 2020-ci ildə keçiriləcək bayram tədbirləri üçün dövlət qurumları 12 müqavilə bağlayıb.
Eləcə də bax: FHN Novruz bayramı ilə əlaqədar - ƏHALİYƏ MÜRACİƏT EDİB - VİDEO
FED.az xəbər verir ki, 12 müqavilənin ümumi məbləği 1 milyon 205,5 min manat olub. Ən böyük məbləğli tenderləri Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Yaşıl Teatr Bakı Konsert Kompleksi keçirib.
Mədəniyyət Nazirliyi 570,5 min manat məbləğində 2 tender, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi 192,1 min manat məbləğində 1 tender, Yaşıl Teatr Bakı Konsert Kompleksi 176 min manat məbləğində 1 tender keçirib.
Bayram tədbirlərinin keçirilməsi üzrə «Kean Group» MMC 288,5 min manat, "Setline" MMC 282 min manat, "Sarman" MMC 192,1 min manat, "M Group Production" MMC 176 min manat məbləğində tender bağlanıb.
№ |
Tender keçirən qurumlar |
Qalib şirkət |
Tenderin adı |
Məbləğ |
1 |
Mədəniyyət Nazirliyi |
«Kean Group» MMC |
Novruz milli bayramının təşkili |
288.500 |
2 |
Mədəniyyət Nazirliyi |
"Setline" MMC |
2020-ci ildə Bakı şəhərində və regionlarda dövlət bayramlarına, bölgələrin yaradıcılığına həsr olunmuş, bayram, müsabiqə, tədbirlərin, festivalların təşkili işlərinin satınalınması |
281.993 |
3 |
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi |
"Sarman" MMC |
“Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda 3 (üç) regional konfrans, “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda 6 (altı) seminar-müşavirə, “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda 6 (altı) seminar-treninq, Dini ekstremizmə qarşı mübarizəyə məsul dövlət qurumlarının əməkdaşları ilə 3 (üç) seminar-müşavirə, “XXI əsrdən baxış: din və qadın” mövzusunda 3 (üç) regional konfrans, “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda Bakıətrafı qəsəbə və kəndlərdə 6 (altı) seminar-treninqin keçirilməsi, Bakı şəhərində “Azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin çatdırılmasında dini icmaların yeri və rolu” və “Milli-dini bayramlar: ənənəvilik və müasirlik” mövzusunda konfransların təşkil edilməsi |
192.130 |
4 |
Yaşıl Teatr Bakı Konsert Kompleksi |
"M Group Production" MMC |
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni 2020-ci il münasibəti ilə Bakı şəhərinin park və meydanlarında, körpələr evi-uşaq bağçalarında tədbirlərin keçirilməsi, körpələr evi-uşaq bağçalarının bayrama uyğun bəzədilməsi işlərinin satınalınması |
175.973 |
5 |
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi |
"Sintra-L" MMC |
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2020-ci ildə yeni il bayramı ilə əlaqədar tədbirin satın alınması |
73.986 |
7 |
Astara rayon İcra Hakimiyyəti |
F/ş Hüseynov Tarif |
Bayram tədbirlərinin təşkili işlərinin satınalınması |
61.260 |
8 |
Mədəniyyət Nazirliyinin İsmayıllı Regional Mədəniyyət İdarəsi |
"Setline" MMC |
Bayram tədbirlərinin, sərgilər və sairlərin keçirilməsi |
47.601 |
9 |
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi" Fondu |
F/ş Bəxtiyar Fətullayev |
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili xidmətlərinin satınalınması |
39.141 |
10 |
Mənəvi Dəyərlərin Təbliği Fondu |
"Dortaym" MMC |
“8 Mart Beynəlxalq Qadınlar Günü” bayram tədbirnin təşkil edilməsi |
24.100 |
11 |
Kürdəmir rayon İcra Hakimiyyəti |
"Elgün-AC" MMC |
2020-ci il 20-24 mart Novruz bayramı münasibəti ilə rayon tədbirinin keçirilməsi üçün lazım olan sair mal-materialların satın alınması |
14.950 |
12 |
Qax rayon Mərkəzi Xəstəxanası |
F/ş Muxtarov İlfan |
Yeni il bayram şənliyi |
5.896 |
Cəmi: |
1.205.531 |