Ədliyyə Nazirliyinin elan etdiyi “Məhkum edilmiş şəxslərə tətbiq olunan elektron nəzarət vasitələrinin və aidiyyəti avadanlığın satınalınması, eləcə də elektron monitorinq sistemlərinin, “Cəza çəkən məhkumlar və həbs olunmuş şəxslər” informasiya resursunun, mövcud elektron nəzarət qurğuları və digər avadanlıq, lisenziyalar, proqram təminatı, habelə rabitə infrastrukturunun saxlanılması, inkişafı və texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin satınalınması” üzrə tenderə yekun vurulub.
Eləcə də bax: Nazirlik havalandırma sistemi üzrə – TENDER ELAN ETDİ
FED.az-ın verdiyi məlumata görə, tenderin qalibi "Evrodizayn" Qapalı Səhmdar Cəmiyyəti olub. Şirkə tlə 6 milyon 895 min 794 manatlıq müqavilə imzalanıb.
Xatırladaq ki, şirkət Maliyyə Nazirliyinin 512 min 911 manatlıq (27.09.2022) və Dövlət Məşğulluq Agentliyinin 849 min 600 manatlıq (28.09.2021) tenderlərinin qalibi olub.