Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə satınalan təşkilatlardan daxil olan 3 097 yekun protokol təhlil olunub.
Dövlət Xidməti 5 ayda 800 milyon manatlıq müsabiqə əsaslı - SATINALMA KEÇİRİB
FED.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Facebook”da bildirib.
Onun sözlərinə görə, qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunduğundan 367 yekun protokol ləğv edilib.