Gəncə İcra hakimiyyəti şəhərdə həyata keçiriləcək iki böyük müqaviləni pordratçıya tendersiz verib.
FED.az-ın məlumatına görə, söhbət Gəncə Dövlət Dram Teatrının yeni binasının və Gəncə şəhərində İdman Sarayının tikintisindən gedir.
Azərbaycanda dövlət tenderini udan şirkət - ONDAN İMTİNA EDİB
Dram teatrının tikintisinə 16,9 milyon manat, İdman sarayının tikintisinə isə 4,6 milyon manat olmaqla iki layihəyə ümumilikdə 21,5 milyon manat ayrılacaq.
Dövlət tenderlərindən ən çox pul qazanan - 50 ŞİRKƏT – SİYAHI
Hər iki birbaşa müqavilə aprelin 9-da «Rövşən Oğuz Qrup» MMC şirkətilə bağlanıb. Amma ən maraqlısı odur ki, Gəncə şəhər icra hakmiyyəti aprelin 30-da, yəni əvvəlki müqavilələrdən 21 gün sonra Gəncə Şəhərində İdman Sarayının Layihə-Smeta sənədlərinin hazırlanması ilə bağlı tenderin qalibini elvan edib. Həmin tenderdə "Başak Proje və Dizayn"MMC qalib gəlib.
Azərbaycanda ən çox sayda tender udan - 21 ŞİRKƏT – SİYAHI
Başqa sözlə, lay ihəsi hələ hazır olmayan obyektint tiknitisi ilə bağlı müuqavilə aprelin 9-da bağlandığı halda, layihə hələ hazırp deyil və bu barədə müqavilə aprelin 30da bağlanıb. Yeri gəlmişkən, layihə müqaüaviləsin 400 min manatdır.
Gəncə şəhər icra hakimiyyətində belə böyük tikinti tenderlərinin - 21,5 milyon manat – birbaşa müqavilə ilə bölüşdürüoməsinin səbəbini dəqiq izah edə bilməyiblər.
İcra haki miyyətinin şöbə müdiri Rafiq Şəfiyev FED.az-a bildirib ki, əslində tikinti işləri bir neçə ildir başlanıb, üstəlik, sözgedən şirkətə, yəni «Rövşən Oğuz Qrup» MMC-ə təqribən 500 min manat da ödənilib. Amma bunun hansı formada və nə üçün baş verdiyini izah etməyib.
Qeyd edək ki, «Rövşən Oğuz Qrup» MMC şirkəti tender müqavilələrində elə də aktiv olmayıb. İndiyədək o bir neçə dəfə (2017-də) Neft Fondunun kiçik tenderlərində qalib gəlib.