Azərbaycanda iki konserv zavodu - «Lənkəran-Konserv» ASC və «Qazax Konserv Zavodu» ASC ləğv edilir.
FED.az xəbər verir ki, hər iki qurum səhmdarlarına bu barədə məlumat verərək onları yığıncağı dəvət ediblər.
Fevralın 10-da Lənkəran şəhəri, Əli Bayramov küçəsi, 77 ünvanında “Lənkəran-Konserv” ASC-nin (ləğv prosesindədir - VÖEN 2600118231) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaqda ASC-nin ləğvetmə balansının təsdiq edilməsi, qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi, qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər, ASC-nin ləğv edilərək Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılması üçün müvafiq qeydiyyat idarəsinə müraciətlə bağlı məsələlər müzakirə ediləcək.
Bundan bir həftə sonra fevralın 17-də isə Qazax şəhəri, Ə. Şıxlinski küçəsi, 105 ünvanında “Qazax Konserv Zavodu” ASC-nin (ləğv prosesindədir 4200087251) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İclasda ASC-nin ləğvetmə balansının təsdiq edilməsi, qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi, qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər, eləcə də Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılması üçün müvafiq qeydiyyat idarəsinə müraciətlə bağlı məsələlər müzakirə olunacaq.