Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda ictimai nəqliyyatda gediş haqlarının nağdsız qaydada ödənilməsini təmin edən infrastruktur, vahid dispetçer xidməti sistemi və avtobuslarda quraşdırılan avadanlıqlar arasında əlaqənin təmin edilməsi üçün “Data hovuz həcmi” xidməti və 100 ədəd yeni nömrənin satın alınması nəzərdə tutulur.
Qeyd edək ki, DATA Hovuz həcmi 7 ədəd , "GSM DATA" nömrə xidmət haqqı 3 000 ədəd və son olaraq "GSM voice" nömrə 100 ədəd satın alınacaq.
Sorğuda iştirak haqqı 0 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1506095421
Satınalan təşkilatın ünvanı: Bakı şəh. Nərimanov r/n. Hacı Məmmədov 5
Müsabiqənin başlama tarixi və vaxtı: 30.12.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 22.01.2024 16:00
Zərflərin açılış tarixi və vaxtı: 23.01.2024 16:00
Ödəniş şərtləri : Müqavilə üzrə ödəmə malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılacaqdır.
Çatdırılma yeri : Bakı şəhəri
Çatdırılma müddəti : 2024 - cü ilin sonuna qədər
Çatdırılma şərtləri : DDP
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Hamil İsmayılov, Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu : (012) 566 52 58