Tenderlər

«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» tender - ELAN EDİB

«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» tender - ELAN EDİB | FED.az
09:08 10 İyul 2020

«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC Cavanşir küçəsi, 9 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binalarının tikintisi obyektinin transformatorları, yüksək gərginlikli elektrik avadanlıqları, kabelləri və digər elektrik tikinti malları, onların quraşdırılması, sınaq sazlanması və işə buraxılması xidmətlərinin satın alınması məqsədilə müsabiqə elan edib.

Eləcə də bax: "BakuBus" sürücülərin tibbi müayinəsinə - 480 MİN MANAT XƏRCLƏYƏCƏK

FED.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 23 iyul 2020-ci il saat 18:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 152, "Çinar plaza”, 24-cü mərtəbə.

Əlaqə telefonu: (012) 404-37-00, daxili:1263.

Tender komissiyası

Digər xəbərlər

Banner