Azərbaycan Texniki Universiteti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “AzTU-Turkish Aerospace,MGP 2023.1” yüksək ixtisaslı mühəndis hazırlığı təlim proqramı çərçivəsində 3D printerlərin, filamentlərin və sair malların satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 250 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1300231171
Satınalan təşkilatın ünvanı : Hüseyn Cavid pr-25
Müsabiqənin başlama tarixi və vaxtı: 25.11.2023 09:005
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 15.12.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 25.12.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 26.12.2023 11:00
Ödəniş şərtləri : Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri : Azərbaycan Texniki Universiteti
Çatdırılma müddəti : Mallar ən geci müqavilə imzalandıqdan sonra 15 bank günü ərzində tam təhvil verilməlidir
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, dövlət reyestrindən çıxarışı, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
İddiaçının son bir ildəki (əgər bir ildən az müddətdir fəaliyyət göstərirsə bütün fəaliyyəti ərzində) maliyyə vəziyyəti haqqında bank arayışı
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən sahibkarlıq subyektinə dair arayış
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mənfəət vergi bəyannaməsi);(2022-ci il üzrə)
İddiaçının satınalma proseduruna başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (Məhkumluq haqqında arayış)
İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması və məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (Yüklülük arayışı)
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Asif Həmzətov, Satınalma və təminat şöbəsinin müdiri
Email: [email protected]
Əlaqə telefonu : 994 55 851 15 77
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
3D printer |
Nozzle: İstifadəçilər, nozzle-u deaktiv edə bilər və verilən ehtiyat hissələrlə bloku, soyuducunu, Teflon borunu və ya nozzle-u dəyiştirəbilərlər. Ekstruder: Yenidən dizayn edilən ekstruder, filamentin daha asan hərəkətini təmin edir. Filament Sensoru: hər hansı bir filament qırılmasını və ya bitməsini algılayan bir fotoelektrik filament sensoru ilə təchiz olunmuşdur. Basqıya Davam Etmə Funksiyası: Kəsintilər və ya bağlantı kəsilmələri printer üçün problem deyildir çünki yedekləndikdə baskıya davam edəbilir. TMC2209 Motor Sürücüləri: daha həssas və səssiz basqı üçün TMC2209 motor sürücülərdən istifadə edilib. Basqı Həcmi: 400 x 400 x 400 mm Qidalanma Sistemi: Bowden Basqı Başlığı: Tək nozzle Nozzle Ölçüsü: 0.4 mm Maksimum Uc Temperaturu: 260 ℃ Maksimum Yataq Temperaturu: 100 ℃ Basqı Yatağı Materialı: Silisium karbid örtüklü şüşə Alüminium Çərçivə: Yataq Səviyyələndirmə: Avtomatik Bağlantı: SD kart, USB Basqıya Davamlı Filament Sensorlu Filament Diametri: 1.75 mm Filament Növləri: PLA, ABS, PETG, TPU Tövsiyə Olunan Dilimləyici: CR Slicer, Cura, Simplify3D, Repetier-Host Əməliyyat Sistemi: Windows, Mac OSX Dəstəklədiyi Fayllar: STL, OBJ, AMF Çərçivə Ölçüsü: 725 x 785 x 680 mm Ağırlıq: 15 kq |
20 |
ədəd |
2 |
Filament |
Texniki Özəllikləri: Material: PLA Plus Diametr (Tolerans): 1,75 mm (±0,03 mm) İşləmə Temperaturu: 190-220°C (Tövsiyə Edilən 200°C) Lövhə Temperaturu: 50-70°C Xalis Filament Ağırlığı: 1000 qram Boş Kasnak Ağırlığı: 245 qram ±5 qram |
110 |
kg |
3 |
UPS 60 kva |
Çıxış güc tutumu:60.0kWatts/ 60.0kVA Nominal çıxış gücü: 400V 3PH Nominal daxilolma gücü: 400V 3PH Giriş Əlaqələri:Hard wire 5-wire (3P + N + E) Maksimum giriş cərəyanı:104.0A |
1 |
ədəd |
4 |
Alətlər dəsti |
205 alətdən az olmayan, alət dəsti (təkərli) 6 çəkməcəli kilidli.dəmir çərçivəli,həmçinin üst hissə iş üçün dayanıqlı metal lövhə |
2 |
ədəd |